Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada COVİD-19 infeksiyasına qarşı növbəti reydlər keçirilib

17 fevral 2022 | 11:00

Ağstafada Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə sanitar-karantin qaydalarına əməl olunmasına dair növbəti monitorinq həyata keçirilib. Belə ki, ictimai nəqliyyatda- taksi, avtobuslarda, rayon ərazisindəki market, iri ticarət və ictimai-iaşə obyektlərində vətəndaşların COVİD-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə qaydalarına əməl olunması, sosial məsafənin qorunması qaydalarına diqqət yetirilib, əhalinin daha sıx olduğu yerlərdə müvafiq profilaktiki tədbirlər görülüb.
Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Keçidlər