Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada COVID-19 infeksiyası ilə bağlı monitorinqlər davam edir

18 fevral 2022 | 11:00

Ağstafa, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC

Ağstafada COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə sanitar-karantin qaydalarına əməl olunmasına dair növbəti monitorinq keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ictimai nəqliyyatda taksi, avtobus, rayon ərazisindəki market, iri ticarət və ictimai-iaşə obyektlərində vətəndaşların COVID-19 pasportunun olub-olmamasına, tibbi maskalardan istifadə qaydalarına əməl olunmasına, sosial məsafənin qorunması qaydalarına diqqət yetirilib, əhalinin daha sıx olduğu yerlərdə müvafiq profilaktiki tədbirlər görülüb.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

https://azertag.az/xeber/Agstafada_COVID_19_infeksiyasi_ile_bagli_monitorinqler_davam_edir-2017649?fbclid=IwAR1Re5pi0nec1kuDhrLjjyOV1nz4H6DDKw1yk-fnQaACi59ctRfJiV4vRu8

Keçidlər