Ağstafada gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu müzakirə edilib
21 fevral 2022 | 11:00
Ağstafa rayonunda “Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AZƏRTAC-a verilən məlumata görə, çıxışlarda qeyd olunub ki, ölkəmizin gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar adət-ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir.
Bildirilib ki, milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir.
O da vurğulanıb ki, gənclər milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır.