Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

22 fevral 2022 | 11:00

Ağstafa rayon Heydər Əliyev Mərkəzində KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Mərkəzin böyük konfrans salonunda təşkil olunmuş görüşdə, o cümlədən Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq strukturlarının məsul şəxsləri, “Turan Bank” ASC-nin Ağstafa filialının nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər. Tədbirin məqsədi sahibkarları dövlətin dəstək mexanizmləri, KOBİA, KOB Dostu, KOBİM və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti, onların göstərdikləri xidmətlər barədə geniş məlumat vermək, eləcə də bu sahədə əməkdaşlıq məsələlərini təşviq etmək olub.
Görüş zamanı sahibkarları maraqlandıran suallar cavblandırılıb. Heyvandarlıqda örüş sahələrinin qıtlığı, yerli heyvanların cins tərkibinin cırlaşması və cins heyvandarlığın inkişafının aşağı səviyyədə olması, heyvandarlıq sahəsində sığortanın lazımı səviyyədə həyata keçirilməməsi, yetişdirilən ətlik heyvanların ətlərinin və xırda buynuzlu heyvanların yunlarının tədarük məntəqələrinin olmaması, arıçılıqda bal məhsulunun satışında çətinliklərin olması, heyvan xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların keyfiyyətinin aşağı olması, heyvanların mütəmadi müalicəsi üçün peşəkar baytarların azlığı və iri buynuzlu heyvanlarda suni mayalanmanın həyata keçirilməsinin aşağı səviyyədə olması ilə bağlı müzakirələr aparılmış və həlli istiqamətində fikirlər bildirimişdir.

 

Keçidlər