Ağstafa rayonunun idarə, müəssisə və təşkilatlarında Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunur
25 fevral 2022 | 11:00
Ağstafa rayonunun idarə, müəssisə və təşkilatlarında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilir, soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla anılır.
Əmək kollektivlərinin iştirakı ilə keçirilən tədbirlərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının Xocalıda dinc azərbaycanlıların amansızcasına qətlə yetirilməsi qınanılır, XX əsrin sonunda bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşən belə bir qanlı qırğının törədilməsinə etirazlar bildirilir.