Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü
Ağstafa şəhəri
20.11.2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının akt zalındaYeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya veteranları, fəal gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq partiyanın yaranma tarixindən, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və hakim partiya bu 21 ildə öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərdiyindən danışdı.
Sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli , veteran partiyaçılar Akif Abbasov, Mayıl İsmayılov rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Məmmədov və başqaları çıxış etdilər.
Sonda bir qrup partiya fəallarına qiymətli hədiyyələr verildi.