Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib, ağacəkmə aksiyası təşkil olunub.

26 fevral 2022 | 11:00

Ağstafada Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib, ağacəkmə aksiyası təşkil olunub.
XX əsrdə bəşər tarixinə 26 fevral - Xocalı soyqırımı kimi daxil olan gündə Ağstafa şəhərinin mərkəzində Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub. Kompleksdə müqəddəs bayrağımızın aypara və səkkizguşəli ulduzunu təsvir edən abidə önünə əklil qoyulub, gül dəstələri düzülərək Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla anılıb. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçidlər