Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsində 2022- ci ilin yaz suvarma mövsümünə hazırlıq işlərinə başlanılmışdır
Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsində 2022- ci ilin yaz suvarma mövsümünə hazırlıq işlərinə başlanılmışdır. Sağ Sahil Magistral Kanalının Ağstafa rayonunun ərazisindən keçən hissəsi 20 km ərazini əhatə edir. Kanal rayonun ən iri yaşayış məntəqələrindən olan Dağ Kəsəmən, Həsənsu, Eynallı və Köçəsgər kəndlərindən keçməklə yanaşı Xətai , Aşağı Kəsəmən, Zəlimxan, Vurğun, Qırılı, Aşağı Göycəli, Poylu kəndlərinində də əkin sahələrinin suvarma suyunun təminatında mühüm rol oynayır. Bunun üçün idarənin maşın- mexanizmləri və işçi qüvvəsi təmizlik və lildən təmizləmə işlərinə cəlb olunubdur. Hidrotexniki qurğulara baxış keçirilir. Əsas məqsəd suvarma mövsümünün başlanğıcınadək işləri yekunlaşdırıb, fermerlərə suyun vaxtında itkisiz verilməkdən ibarətdir.