Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz Vasif Zahid oğlu Nəzərlinin doğum günü qeyd olunub

05 mart 2022 | 11:00

Ağstafanın Vurğun qəsəbəsindən olan Vətən müharibəsi şəhidimiz  Vasif Zahid oğlu Nəzərlinin doğum günündə məzarı ziyarət olunub, doğma evində ailə üzvlərinə baş çəkilib.

Tədbirdə şəhidimizin ailə üzvləri, yaxınları, eləcə də YAP Ağstafa rayon Təşkilatının, Rayon İcra Hakimiyyəti başçısı aparatının, Gənclər və İdman İdarəsinin,  “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin məsul şəxsləri iştirak ediblər.
Vasif Nəzərlinin, o cümlədən Vurğun qəsəbəsindən olan digər Vətən müharibəsi şəhidlərimiz  Xəyal Nəsrəddin oğlu Əlizadənin və Fazil Razim oğlu Məmmədlinin məzarları ziyarət olunaraq üstlərinə gül dəstələri düzülüb. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.
Vasifin atası Zahid Nəzərov ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Keçidlər