Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şəhid Əfqan Səfərovun məzarı ziyarət edilib

09 mart 2022 | 11:00

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri, Ağstafa Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri və ictimaiyyətin nümayəndələri Vətən müharibəsi şəhidi Səfərov Əfqan Nadir oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, şəhid ailəsi üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidin ruhuna dualar oxunub. Tədbirdə, həmçinin Tovuz döyüşləri zamanı şəhid olmuş Mustafazadə Elçin Arif oğlunun da məzarı önünə gül dəstələri düzülərək, şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub. Görüşdə şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilib, Əfqanın həyatından və keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

https://azertag.az/xeber/Agstafada_sehid_Afqan_Seferovun_mezari_ziyaret_edilib-2044781?fbclid=IwAR1Hb2tA6HtwPhnQq_Y1bYcVwrvpmRENniO3faqcPccLFXsnytvja8ugRsk

Keçidlər