Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

10 mart 2022 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tərtib olunmuş müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Ağstafa şəhəri, Səməd Vurğun küçəsinin sakinləri ilə keçirilən görüşdə RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.
RİH başçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən geniş söz açıb.
Sonra vətəndaşlar fərdi qaydada dinlənilib, onların irəli sürdükləri təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürüb. Həmçinin səyyar görüşdə qaldırılmış və yerli icra hakimiyyəti strukturunun səlahiyyətinə daxil olmayan məsələlərin operativ qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunması tapşırığı verilib.

Keçidlər