Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli haqqında çəkilmiş SƏRHƏD PƏLƏNGİ bədii sənədli film nümayiş etdirilib

18 mart 2022 | 11:00

Ağstafa rayon Mədəniyyət Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli haqqında çəkilmiş "SƏRHƏD PƏLƏNGİ" bədii sənədli film nümayiş etdirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qəhrəmanın atası Nazim Yusifov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazim Yusifov çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısına görə, o cümlədən filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Keçidlər