Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “31 Mart Azərbaycanlıların Soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.

31 mart 2022 | 11:00

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu siyasi-hüquqi qiymətləndirmə xalqımızın başına gətirilən faciələrin həqiqi tərəflərinin dünya ictimaiyyəti tərəfindən tanıdılmasında mühüm rol oynayır və artıq digər dövlətlər bu tarixi-siyasi olayları dərk edir.
Mart soyqırımı və mart hadisələri haqqında olunan məruzələrdə, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının məqsəd və nəticələrindən geniş söz açılıb.

Keçidlər