Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun ümumtəhsil müəssisələrində narkomaniya, erkən nikah və dini radikalizmin fəsadları mövzusunda maarifləndirici tədbirlər davam etdirilir.

01 aprel 2022 | 11:00

Ağstafa şəhər 3 saylı tam orta məktəb binasının akt zalında keçirilən tədbirdə əvvəlcə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirici tədbirdə çıxış edən məsul şəxslər narkomaniyanın, dini radikalizmin fəsadlarından söz açıb, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.

Keçidlər