Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nurəddin Yaqubəliyev Qıraq Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Sona Kərimova yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinə ciddi ehtiyac olduğunuqeyd etdi.
2. Aybəniz Cəlilova (Şəhid ailəsi) işlə təmin edilməsinə köməklik olunmısını xahiş etdi.
3. Şahin Əhmədov vətəndaşların çöl və həyətyanı torpaq sahələrini suvarma suyu ilə təmin edən ana arxın təmizlənməsini təklif etdi.
4. Məhəmmədəli Qasımov mərkəzi avtomobil yolundan kəndin məkəzinədək olan yola aşfalt örtüyünün salınması barədə danışdı.
5. Elşad Məmmədov yeni məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini təklif etdi.
6. Sevil Musayeva odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
7. Pəri Yaqubəliyeva kəndin mərkəzi küçəsinin işıqlandırılmasının təmin edilməsini təklif etdi.
8. Zeynəb Vəliyeva yeni məhəllədə və kəndin mərkəzi hisəsində suvarma üçün su keçidlərinin salınmasına ehtiyac olduğunu qeyd etdi.
9. Minayə Namazova mənzilinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
10. Məhərrəm Tatarov yeni məhəllədə yolun təmir edilməsini təklif etdi.
11. Sakif Əliyev kənd icra nümayəndəliyinin inzibati idarə binasının həyətində abadllıq işlərinin aparılmasına ehtiyac olduğunu vuğuladı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, kəndin mərkəzi yolunun işıqlandırılması yaxın müddət ərzində həyata keçiriləcəkdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.