Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir

03 dekabr 2013 | 11:00

2013-cü ilin noyabrın 25-dən dekabrın 1-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Ağstafa rayonunda fəaliyyət göstərən bələdiyyələr tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Bələdiyyə sədrləri və üzvlərinin açıq və qapalı yerlərdə vətəndaşlarla görüşləri təşkil edilmiş, əhaliyə görülmüş işlər barədə hesabatlar verilmişdir. Bələdiyyələrin ərazisində mövcud olan problemlər barədə müzakirələrin aparılması məqsədi ilə bələdiyyələr tərəfindən “Açıq qapı günləri” elan edilmiş və keçirilmişdir. Vətəndaşların bələdiyyələrlə sıx əlaqələrinin qurulması məqsədi ilə bələdiyyələrdə “Qaynar xət”lər yaradılmış, bələdiyyə binasının qarşısında vətəndaşların müraciətlərinin qəbulu məqsədi ilə “Bələdiyyə poçtu” qutuları quraşdırılmışdır.
Ümumilikdə rayon üzrə 29 bələdiyyədə vətəndaşlarla 37 görüş keçirilmiş, keçirilmiş görüşlərdə 3093 nəfər iştirak etmiş, 601 nəfər vətəndaşın bələdiyyələrdə qəbulu təmin edilmişdir.

Keçidlər