Ağstafa rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi
04 dekabr 2013 | 11:00
03 dekabr 2013-cü il tarixində Ağstafa rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi. Tədbirdə QMVƏSAİB -nin sədri Yaqub İsmayılov, Ağstafa rayon Ağsaqqallar şurasının sədri Heydərli Firdovsi çıxış edərək Əlillər günü münasibəti ilə bütün iştirakçıları təbrik etdi. Təbdirdə çıxış edənlər Dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı danışdılar.
Tədbir çay süfrəsi ətrafında rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqrami ilə davam etdirildi.