Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafa rayonunda idarə və müəssisələrdə silsilə tədbirlər keçirilib.

26 sentyabr 2026 | 17:22

27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafa rayonunda idarə və müəssisələrdə silsilə tədbirlər keçirilib. Tədbirlərdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsinin daim uca tutulacağı qeyd edilib. Tədbirlər çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş müxtəlif təqdimatlar və anım mərasimləri keçirilib.

Keçidlər