Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr- Anım Günü ilə əlaqədar Ağstafada şəhidlərimizin məzarları və xatirə abidələri ətrafında müvafiq abadlıq işləri həyata keçirilir

25 sentyabr 2025 | 10:05
“27 sentyabr – Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, o cümlədən şəhid məzarlarının və abidələrinin, şəkil lövhələrinin ətrafının abadlaşdırılması ilə bağlı müvafiq aksiyalar təşkil olunur.
Rayonun Şəhidlər Xiyabanında keçirilən iməclikdə təşkilatçı idarələrin əməkdaşları ilə bərabər rəhbər şəxsləri, Ağstafa “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayonu üzrə sektorunun müdiri Turan Hüseynov, həmçinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun məsul şəxsləri və könüllü gənclər iştirak ediblər.
İməclik çərçivəsində xiyabanın yaşıllıqlarına xüsusi aqrotexniki qulluq göstərilib, ağaclar ağardılıb, o cümlədən ərazidə iməcliyə dair müvafiq tədbirlər icra olunub.
Qeyd olunub ki, bu cür tədbirlər gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etməklə gələcək nəsillərə örnək olur. Qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, onların ruhuna ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur.
Keçidlər