Şriftin ölçüsü :

Saytın rəngi :

27 SENTYABR ANIM GÜNÜ ilə əlaqədar Ağstafada tədbir keçirilib

25 sentyabr 2023 | 15:48

Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağstafa rayon Ağsaqqallar Şurasının üzvləri, YAP Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.

 Tədbir iştirakçıları əvvəlcə rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları önünə tər qərənfillər düzülüb.

YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Zəlimxan kənd tam orta məktəbin direktoru Qalib Cəfərov, Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Vətən müharibəsi qazisi Kamil Hüseynov və partiya veteranı, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov çıxış ediblər.

Natiqlər “27 Sentyabr – Anım Günü” mövzusu ətrafında geniş çıxış edərək bildiriblər ki, “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Azərbaycan xalqı hər zaman qəhrəman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Keçidlər