Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar Ağstafanın Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilib

27 sentyabr 2022 | 17:31

Ümumrayon tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məsul şəxslər, qazilər, müharibə iştirakçıları, rayon ərazisində yerləşən hərbi hissələri təmsil edən əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə əklil qoyulub, ölkəmizin azadlığı və suverenliyi uğrunda canını fəda etmiş mərd Vətən oğullarının məzarları üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Saat 12:00-da Vətən Müharibəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər