27 Sentyabr - Anım Günündə Ağstafa şəhərinin mərkəzində ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksində ümumrayon tədbiri təşkil olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən Ağstafada anım mərasimləri keçirilir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla yad edilir.
Ağstafa şəhərində Seymur Orucovun başçılığı ilə təşkil olunan 27 Sentyabr ümumrayon anım tədbirində şəhid ailələrinin üzvləri, qazilər, rayonun məsul şəxsləri, rayon ərazisində yerləşən hərbi hissələrin nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.