Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Hüseyn Arifin yaradıcılığına həsr edilmiş “Poeziya axşamı”

04 oktyabr 2012 | 10:00

03 oktyabr 2012-ci il tarixdə Ağstafa şəhəri S.Vurğun adına mədəniyyət və istirahət parkında yerləşən “Yazıçılar evi”ndə qərb bölgəsindən olan yazıçı və şairlərin iştirakı ilə Xalq şairi Hüseyn Arifin yaradıcılığına həsr edilmiş “Poeziya axşamı” keçirilmişdir. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq Azərbaycan ədəbiyyatında Hüseyn Arifin özünəməxsus rolu olduğunu, fəaliyyəti ilə ədəbiyyatımızın və ana dilimizin zənginləşdirdiyini bildirdi. Hüseyn Arif yaradıcılığına xalqımız tərəfindən hər zaman müraciət olunduğunu bildirən cənab Məhərrəm Quliyev, xalq şairinin təbiət şairi olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yazıçı və şairlərimizə, milli-mənəvi dəyərlərimizə hər zaman göstərilən yüksək diqqət və qayğıdan danışdı. Tədbirdə çıxış edən yazıçı və şairlər Ağstafada belə bir “Yazıçılar evi”nin tikilib istifadəyə verilməsi və bu kimi tədbirlərin keçirilməsi üçün ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə Hüseyn Arifin şerləri və sözlərinə yazılmış mahnılar səsləndirildi.

Keçidlər