Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
04 dekabr 2013-cü il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclasa sədrlik edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev gündəlikdə duran məsələlər barədə qısa məlumat verdi, bir sıra cari məsələlər barəsində fikirlərini bildirdi.
Şuranın gündəliyinə üç məsələ daxil edilmişdir:
1. Rayon ərazisində əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, pensiya və müavinətlərin təyin edilməsi və ödənilməsi işinin təşkil edilməsi. Müharibə əlillərinin, şəhid ailələrinin, tək və kimsəsizlərin mənzil-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə.
2. Rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasının, dini tolerantlığın təmin olunması barədə.
3. RİH başçısı yanında fəaliyyət göstərən daimi komissiyaların müvafiq sahələrdə işinin gücləndirilməsi və qarşılıqlı əlaqələndirilməsinin təmin edilməsi.
Gündəlikdə duran məsələlər barədə rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, rayon İcra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Etibar Hacıyev geniş məruzə ilə çıxış etdilər. Məruzə ətrafında geniş müzakirələr aparıldı. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əldə olunmuş uğurlarla yanaşı mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.