Eynallı kəndində növbəti səyyar qəbul-görüş
Eynallı kəndində növbəti səyyar qəbul-görüşAğstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Eynallı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hüseynov Eynallı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Sarı Hüseynov Eynallı kənd tam orta məktəbi qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Ceyran Nəsirova köhnə məktəb binasından çıxan yararlı tikinti materiallarından ona köməklik göstərilməsini xahiş etdi.
3. Rəhim Tağıyev yeni tikilən məktəbin həyətində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Kamandar Qəhrəmanov nəvəsinin işlə təmin olunması üçün köməklik olunmasını xahiş etdi.
5. Kəmalə Məhərrəmova kənddəki kəhriz ərafında abadlıq işlərinin aparılması barədə danışdı.
6. Nərgiz Əsgərova tikinti materialları ilə köməklik göstərilməsini xahiş etdi.
7. Qədim Musayev sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün kəndin ərazisindən keçən dəmir yolu xəttinin üzərində gözlənilən keçidin quraşdırılmasını təklif etdi.
8. Akifə Rzayeva idarə binasının yaxınlığında olan təhlükə yarada biləcək iri gövdəli qovaq ağaclarının zərərsizləşdirilməsinə ehtiyac olduğunu qeyd etdi.
9. Tacəddin Əliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
10. Flora Tağıyeva Eynallı kəndində uşaq bagçası üçün yeni binanın inşa edilməsinin vacibliyi barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Eynallı kəndində təməli qoyulan 300 şagird yerlik yeni məktəb binasının tikintisi təhsilimizin inkişafına olan töhvədir. Eyni zamanda növbəti ildə Ağstafa-Köşəsgər avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.