Şriftin ölçüsü :

Saytın rəngi :

İdmanın Peyntbol növü üzrə yerli İdarə, müəssisə və təşkilatlar arasında Ağstafa rayon birinciliyinə start verildi.

06 dekabr 2013 | 11:00

05 dekabr 2013-cü il tartixdə Ağstafa rayon Peyntbol və Atıcılıq Mərkəzində Ağstafa rayon İcra hakimiyyəti, rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatları arasında idmanın Peyntbol növü üzrə Ağstafa rayon birinciliyinə start verildi. Birinciliyin keçirilməsində əsas məqsədi Peyntbol idman növünün təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunun yüksəldimləsindən ibarətdir. Birinclikdə rayon Polis şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi, İxrac Neft Qaz Boru Kəməri Təhlükəsizlik İdarəsinin Ağstafa regional şöbəsi, Ağstafa Dəmiryolu stansiyası Xətt Polis Bölməsi, Ağstafa Telekommunikasiya Qovşağı, Ağstafa Qaz İstismar sahəsi, rayon Yanğından Mühafizə Xidməti, Gənclər və İdman İdarəsi olmaqla səkkiz komanda iştirak edir. Gələcəkdə keçiriləcək turnirlərə daha çox rayon təşkilatlarının cəlb edilməsi nəzərdə tutulubdur.
4 gün davam edəcək birinciliyə 9 dekabr 2013-cü il tarixində yekun vurulacaqdır.

Keçidlər