Xalq şairi Nəriman Həsənzadə ilə görüş
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən işlər gün bə gün sürətlənməkdədir. Təbii ki, Ağstafada da bu istiqamətdə addımlar atılır. Ağstafa rayonunda yaradıcı, ziyalı şəxsiyyətlərlə görüşlər, onların yubileyləri, yaradıcılıq gecələrinin keçirilməsi artıq bir ənənə halı almışdır. Bu yöndə növbəti belə bir tədbir bu gün Ağstafa şəhəri “Yazıçılar evi”ndə xalq şairi Nəriman Həsənzadə ilə görüş zamanı baş tutdu. Görüşdə çıxış edən xalq şairi tədbir iştirakçılarını salamlayaraq, hər zaman ona göstərilən bu cür diqqətə görə hər kəsə öz dərin minnətdarlığını bildirdi.
Tədbir iştirakçılarından mikrafon önünə keçən qonaqlar ədibin həyat və yaradıcılığı haqqında geniş danışdılar. Bədii-qiraət ustaları şairin şeirləini səsləndirdilər, bölgədə yaşayan incəsənət və mədəniyyət nümayəndələri Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.