Şriftin ölçüsü :

Saytın rəngi :

İdmanın Peyntbol növü üzrə yerli İdarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyinə yekun vuruldu

10 dekabr 2013 | 11:00

05 dekabr 2013-cü il tartixdə start verilmiş Ağstafa rayon Peyntbol və Atıcılıq Mərkəzində rayonun idarə, müəssisə və təşkilatları arasında idmanın Peyntbol növü üzrə Ağstafa rayon birinciliyinə  bu gün yekun vuruldu.
Dörd gün davam edən birinclikdə rayon Polis şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi, İxrac Neft Qaz Boru Kəməri Təhlükəsizlik İdarəsinin Ağstafa regional şöbəsi, Ağstafa Dəmiryolu stansiyası Xətt Polis Bölməsi, Ağstafa Telekommunikasiya Qovşağı, Ağstafa Qaz İstismar sahəsi, rayon Yanğından Mühafizə Xidməti, Gənclər və İdman İdarəsi olmaqla səkkiz komanda iştirak edirdi. Yekunda 1-ci yerə Ağstafa Telekommunikasiya Qovşağı, 2-ci yerə rayon Polis şöbəsi, 3-cü yerə isə rayon Yanğından Mühafizə Xidməti laiq görüldü. Yüksək yerləri tutan komandalara hədiyyələr və “Fəxri Fərman”lar təqdim olundu.
Peyntbol idman növünün təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunun yüksəldimləsinə xidmət edən birincilik olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi.

Keçidlər