Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa gəncləri ulu öndər Heydər Əliyevin anım gününü qeyd etdilər

11 dekabr 2013 | 11:00

10 dekabr 2013-cü il tarixdə Ağstafa rayon Gənclər və idman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım təbirləri keçirildi.
Tədbirdən öncə Ağstafa gəncləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.  Daha sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edən gənclər Ulu Öndərin həyat və yaradıcılığı ilə bağlı geniş çıxışlar edərək Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi yüksək diqqət və qayğının bu gündə uğurla davam etdirilməsini qeyd etdilər.
Anım tədbiri ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə davam etdirildi.

Keçidlər