Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirildi

11 dekabr 2013 | 11:00

10 dekabr 2013-cü il tarixdə Ağstafa rayon Mərkəzi Xəstəxanasının iclas zalında səhiyyə işçilərinin iştirakı ilə  ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə çıxış edən Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İ.Mustafayev və bir sıra səhiyyə işçiləri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, xalqımızın milli mənəvi dəyərlərinin qorunması sahəsində gördüyü işlərdən, müasir Azərbaycanın qurulmasında, Azərbaycanda sülhün və əminəmanlığın bərqərar olmasında, Azərbaycan səhiyyəsinin inkişafındakı misilsiz xidmətlərindən geniş bəhs etdilər. Qeyd olundu ki, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Keçidlər