Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü qeyd olundu
Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının onuncu ildönümüdür.
Respublikanın bütün hər yerində olduğu kimi Ağstafa rayonunda da Ulu Öndərin vəfatının onuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən anım tədbiri Ulu Öndərin abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlandı.
Daha sonra rayon sakinləri Heydər Əliyev Muzey-Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər. Tədbir Azərbaycan xalqının ümummilli lideri, əbədiyaşar prezident, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə davam etdirildi.