Şriftin ölçüsü :

Saytın rəngi :

“5 oktyabr - Müəllimlər Günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir

05 oktyabr 2012 | 10:00

04 oktyabr 2012-ci il tarixdə “5 oktyabr - Müəllimlər Günü” ilə əlaqədar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdən öncə rayon təhsil işçiləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Ramiz Tatarov çıxış edərək “Müəllimlər Günü” münasibəti ilə təhsil işçilərini təbrik etdi və milli təhsilimizin inkişafına göstərilən dövlət qayğısından danışdı. R.Tatrov bildirdi ki, 2011-2012-ci tədris ilində Tatlı və Düzqışlaq kənd tam orta məktəbləri tikilib istifadəyə verilmiş, Göycəli, Soyuqbulaq və Köçəsgər kənd 1-saylı tam orta məktəblərinin tikintisinə başlanılmışdır. Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev təhsil işçilərinin əlamətdar gün münasibəti ilə təbrik etdi və il ərzində fərqlənən müəllimlərə rayon İcra hakimiyyətinin hədiyyələrini təqdim etdi. Tədbirdə iştirak edən veteran müəllimlər öz çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha sonra tədbir iştirakçılarınıa rayon mədəniyyət və incəsənət nümayəndələri tərəfindən geniş musiqili proqram təqdim olundu.

Keçidlər