Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun tikinti və yenidən qurmadan sonra açılışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 oktyabr 2013-cü il tarixli sərancamı ilə 8 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsəini birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolu yenidən qurulmadan və tikintidən sonra açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev avtomobil yolunun istismara verilməsi münasibıətilə kənd sakinlərini təbrik etmişdir. Qeyd edilmişdir ki,bu yolun istismara verilməsi ilə Ağstafa çayının sol sahilində yerləşən yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi daha da yaxşılaşdırılmışdır. Tədbirdə çıxış edən kənd sakinləri göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respubliukasının Prezidenti cənab İlham Əliyevə təşəkürlərini bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev avtomobil yolunun istismara verilməsini bildirən qırmızı lenti kəsdi.