Ağstafa rayonunun daha bir yaşayış məntəqəsinə təbii qazın verilməsi təmin olundu
18 dekabr 2013-cü il tarixdə Ağstafa rayonunun Kolxəlfəli kəndinə təbii qazın verilməsi ilə əlaqədar geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk növbədə təbii qazın verilməsi münasibəti ilə kənd sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtsadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işlərinə dair ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri davam etdirilir. Kolxəlfəli kəndinə təbii qazın verilməsi ilə rayonun 26 yaşayış məntəqəsi təbii qaz yanacağı ilə təmin edilmiş oldu. İlin sonuna kimi rayonun Qırılı və Pirili kəndlərinin də qazlaşdırılması başa çatdırılacaqdır.
Daha sonra tədbirdə çıxış edən kənd sakinləri kəndə çəkilmiş yeni avtomobil yolu ilə yanaşı təbii qazın verilməsinə görə bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kəndə təbii qazın verilməsini ifadə edən rəmzi məşhəli alovlandırdı.