Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda təmizlik abadlıq işləri və yaşıllıqların qorunması davam etdirilir

22 dekabr 2013 | 11:00

Ağstafa rayonunda təmizlik abadlıq işləri və yaşıllıqların qorunması istiqamətində son iki ildə həyata keçirilən və artıq ənənə şəkilini alan iməclik bu həftə də davam etdirildi. 2013-cü ilin son günlərində rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, sahibkarlar və sakinlərin əksəriyyəti ümumrayon iməcliyində fəal iştirak etdilər.
Bu gün Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yeni yaşıllıq zolaqlarının salınması, mövcud yaşıllıqlara qulluq və təmizlik işləri aparılmışdır. Yaşıllıq zolaqlarının artırılması məqsədi ilə 1500 ədəd yeni ting əkilmiş, ətrafında kol kosların təmizlənməsi və məişət tullantılarının yığılması təmin edilmişdir. Dünaya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı ərəfəsində Ağstafa şəhərinin küçələrində təmizlik abadlıq işləri aparılması daha da gücləndirilmiş, şəhərin bayram atributları ilə bəzənməsi həyata keçirilmişdir.
Ağstafa sakinləri bayrama yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar.

Keçidlər