Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər sakinlərinə yeni mənzillər verildi

25 dekabr 2013 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhərində yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün Hüseyn Arif küçəsində inşa olunmuş  1 ədəd 2 bloklu,  5 mərtəbəli,  40 mənzilli və 1 ədəd 3 bloklu, 5 mərtəbəli, 48 mənzilli yeni yaşayış kompleksinin  istifadəyə verilməsi münasibəti ilə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yeni mənzil alan şəhər sakinlərini təbrik etdi və qeyd etdi ki, bu binaların tikintisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ağstafa sakinlərinin daha yaxşı şəraitdə yaşamasına göstərdiyi diqqət və qayğının təzahürüdür.
Yeni mənzilə köçən sakinlərdən – Misir Həsənov, Elmira Ərəbova, Pərvanə Qasımova və digərləri çıxış edərək göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür etdilər və ad günü münasibəti ilə cənab Prezidentə öz təbriklərini və xoş arzularını bildirdilər.
Sonda yaşayış kompleksinin istifadəyə verilməsini ifadə edən rəmzi qırmızı lent kəsildi. Yeni mənzillərə baxış keçirildi.

Keçidlər