Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində yeni uşaq bağçası-körpələr evi istifadəyə verildi

25 dekabr 2013 | 11:00

Bu gün Ağstafa şəhərində istifadəyə verilən 88 mənzilli yaşayış kompleksində yaşayış binaları ilə birlikdə ən yüksək tələblərə cavab verən 80 uşaq yerlik Ağstafa şəhər 3 saylı körpələr evi-uşaq bağçasının da  istifadəyə verilməsi münasibəti ilə geniş tədbir keçirildi.
Tədbirdə çıxış edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, bu körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi ilə son iki ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında üç yeni bağçanın açılışı təmin edildi. Beləliklə uşaq bağçalarının daha münasib və uyğun binalarda yerləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır.
Daha sonra Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qırmızı lenti kəsərək yeni körpələr evi-uşaq bağçasının açılışını etdi. Orada yaradılmış şəraitlə yaxından tanış oldu.
Sonda körpələr evi-uşaq bağçasının kollektivi ilə xatirə şəkili çəkdirildi.

Keçidlər