Ağstafa şəhərində daha bir yaşayış binası istifadəyə verildi
26 dekabr 2013 | 11:00
25 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhəri Heydər Əliyev prospekti-4 ünvanında yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün Rafiq Alıcanov küçəsində yeni inşa olunmuş 1 bloklu, 4 mərtəbəli, 16 mənzilli yaşayış binası istifadəyə verildi.
Yeni binanın istifadəyə verilməsi münasibəti ilə mərasim keçirildi. Tədbirdə yeni binada yaşayacaq sakinlərə mənzillərin sənədləri və açarları təqdim olundu.
Yeni mənzil sahibləri bu böyük hədiyyəyə, ağstafalılara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.