Şriftin ölçüsü :

Saytın rəngi :

Şair Saqif Qaratorpağın 50 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə

26 dekabr 2013 | 11:00

25 dekabr 2013-cü il tarixdə Ağstafa şəhəri “Yazıçılar evi”ndə şair, Hüseyn Arif Ədəbi Birliyinin sədri Saqif Qaratorpağın 50 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  açaraq   Azərbaycan  Respublikasının  Prezidenti       cənab İlham Əliyevin mədəniyyət və incəsənətə, yazarlara, şairlərə göstərdiyi yüksək diqqət və qayğıdan ətraflı danışdı. Cənab Məhərrəm Quliyev şair Saqif Qaratorpağın yaradıcılığının yüksək qiymətə layiq olduğunu bildirdi və gələcək fəaliyyətində daha böyük müvəffəqiyyətlər arzulayaraq 50 illik yubileyi münasibəti ilə təbrik etdi.
Sonra Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri şair Barat Vüsal, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa şəhər 3 saylı tam orta məktəbinin direktoru Aydın Tağızadə, rayon ağsaqqalı Misir Həsənov çıxış edərək şairin yaradıcılığı haqqında öz fikirlərini bildirərək yubileyi münasibəti ilə təbrik etdilər.
Ədəbi-bədii gecə yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdi.

Keçidlər