Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlimxan kəndində növbəti səyyar qəbul-görüş

27 dekabr 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Zəlimxan kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zəlimxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir İsmayılov Zəlimxan kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Qalib Cəfərov Zəlimxan kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Bayram Nəbiyev “Dərə” məhəlləsində bəzi yararsız elektrik dayaqlarının yenisi əvəz olunmasını xahiş etdi.
3. Rövşən Mamayev Zəlimxan kəndində uşaq baxçası üçün yeni binanın inşa edilməsini təklif etdi.
4. Sarıtel Məmmədəliyeva İş yerlərinin açılmasının vacibliyi barəsində danışdı.
5. Bilal Abdullayev kənddə 4-cü və 6-cı küçələrin təmir edilməsini xahiş etdi.
6. Alı Alıyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Əli Məmmədov Yedək arxı adlanan suvarma arxının təmizlənməsinə ehtiyac olması barədə danışdı.
8. Süleyman İsmayılov Zəlimxan kənd tam orta məktəbin yaxınlığında olan subartezian quyusunun təmir edilməsini xahiş etdi.
9. Dünya Abbasovay yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsinin vacibliyi haqqında danışdı.
10. Mollayev Zaur maddi köməkdarlıq edilməsini xahiş etdi.
11. Arif Həsənov kənddə suvarma su təminatının yaxşılaşdırılmasının vacibliyini qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, rayondakı qəzalı vəziyyətdə olan məktəblər siyahısına Zəlimxan kənd tam orta məktəbi də daxil edilmişdir. Növbəti illərdə bu məsələyə baxılacaqdır.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər