31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olundu
29 dekabr 2013-cü il tarixdə Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə geniş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi. 2013-cü ildə rayonun sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə edilmiş uğurlardan və eləcə də həyata keçirilən sosial infrastruktur layihələr barədə ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2014-cü ildə də rayonunun bütün sahələrində gedən sürətli inkişaf öz axarı ilə davam edəcəkdir.
Bayram şənliyində iştirak edən Qarabağ, Çernobl əlillərinin uşaqlarına və hər iki valideynini itirmiş uşaqlara rayon İcra hakmiyyəti tərəfindən bayram sovqatları paylanıldı.
Tədbir şaxta baba və qar qızın iştirakı ilə mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirildi.