Ağstafada bayram əhval-ruhiyyəsi davam edir
04 yanvar 2014 | 11:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə şəhərin prospekt və küçələri bayraqlarla, bayram çılçıraqları ilə badşan-başa bəzədilmiş, şəhərin mərkəzində isə möhtəşəm yeni il yolkası qurulmuşdur. Bayram və istirahət günlərində rayon sakinləri və qonaqlar, eləcə də azyaşlı körpələr ata-anaları ilə yolka ətrafında şaxta baba və qarqızla şəkil çəkdirir və istirahət edirlər.
İstirahət günlərində Səməd Vurğun parkı ilə yanaşı Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Tarixi və Müasir Abidələr parkını da xeyli sayda rayon sakini və qonaqlar ziyarət edirlər.