Pirili kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Məmmədov Pirili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Səfurə Nəsibova Pirili kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
2. Azər Məmmədov Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun yenidən qurulmasının həyati əhəmiyyətindən danışdı.
3. Raqif Mehralıyev yeni məhəllədə yolların təmir olunmasına ehtiyac olduğunu qeyd etdi.
4. Səyyarə Hüseynova odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
5. Saqif Əliyev yeni və orta məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini təklif etdi.
6. Mehman Haqverdiyev pay torpaqlarını suvarma suyu ilə təmin edən gödək arxın təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
7. Aydın Axundov ərazidə 3 ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
8. Laura Qurbanova orta məhəllədə içməli su xəttinin təmir edilməsini xahiş etdi.
9. Arif Məmmədov Pirili kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
10. Zeynəb Səmədova Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun kənarında avtobus dayanacağının quraşdırılmasını təklif etdi.
11. Rauf Məhərrəmov kəndin giriş hissəsində olan məişət tullantılarının təmizlənməsi haqqında danışdı.
12. Məcid Əliyev İcra nümayəndəliyinin idarə binasının yaxınlığında olan subartezian quyusunun təmir edilməsini xahiş etdi.
13. Zülfiyyə Axundova Pirili kəndində elektron tipli ATS-in quraşdırılmasını təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün əhəmiyyətli olan 16,4 km uzunluğunda Poylu –Düzqışlaq-Kolayır avtomobil yolu yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Bildirildi ki, Pirili kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsi məsələsinə növbəti ildə baxılması nəzərdə tutulur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.