20 Yanvar facisəsinin 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq Sərəncamına uyğun olaraq 20 Yanvar facisənin 24-cü il dönümü ilə əlaqədar olaraq Ağstafa rayonunda tədbirlər planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq 15 yanvar 2014 –cü il tarixdə Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbdə 20 yanvar faciəsinin 24 cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbirdə çıxış edən rayon təhsil işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar haqqında geniş danışdılar.
Tədbir 2 saylı məktəbin müəllimlərinin və şagirdlərinin hazırladıqları 20 Yanvar faciəsinə həsr olunmuş ədədi-bədii kompazisiya ilə davam etdirildi.