Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Hüseyn Arif küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüş

17 yanvar 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri Hüseyn Arif küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Səməd İsgəndərov H.Arif küçəsində 88 ailəlik yeni yaşayış kompleksinə qəzalı kommunal mənzillərdə yaşayan əhalinin köçürülməsinin təmin edilməsi barədə danışdı.
2. Elmira Ərəbova 88 ailəlik yaşayış kompleksinin istilik, elektrik enerjisi və içməli su ilə təmin edilməsini xahiş etdi.
3. Bahar Gülməmmədova 3 saylı şəhər uşaq baxçası uyğunsuz və şəraitsiz bınada yerləşdiyindən, həmin baxçanın yeni yaşayış kompleksinə köçürülməsini təklif etdi.
4. Nodari Qəhrəmanov H.Arif küçəsində olan taxta hasarların bərpa edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Səmayə Quliyeva H.Arif küçəsi 1 ünvanında yerləşən 33 mənzilli yaşayış binasında istilik sisteminin bərpa edilməsinin vacibliyindən danışdı.
6. Mahir Rzayev Ağstafa şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsini təklif etdi.
7. Rövşən İsmayılov H.Arif küçəsi ilə kəsişən küçələrdə təmir işlərinin aparılmasına ehtiyac olduğunu vurğuladı.
8. Məhbubə Məsimova 88 ailəlik yaşayış kompleksinin həyətinə məişət tullantılarının yığılması üçün qabların qoyulmasını təklif etdi.
9. Zəkəriyyə Nəbiyev H.Arif küçəsi 1 ünvanında yerləşən 33 mənzilli yaşayış binasının pilləkan qəfəsəsində bərpa-gücləndirmə işlərinin aparılmasını xahiş etdi.
10. Zirəddin Qəmbərov H.Arif küçəsində kanalizasiya quyularının bərpa edilməsinin vacib olması haqqında danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 88 ailəlik yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər