Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 24-cü ildönümü rayon səhiyyə işçiləri tərəfindən qeyd edildi

18 yanvar 2014 | 11:00

Ağstafa rayon Mərkəzi Xəstəxanasının iclas zalında keçirilən tədbirdə səhiyyə işçiləri öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan baş həkim İ.Mustafayev Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksələn vətən oğulları və qızlarının 1990-cı ilin 20 Yanvar gecəsi zamanı imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetrilmlərindən və həmin dövrdə hakimiyyətdə olan səriştəsiz dövlət məmurlarının yalnış qərarlarından danışdı. Qeyd olundu ki, məhs Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu faciəyə ədalətli siyasi və hüquqi qiymət verildi, 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi tikildi və Şəhidlər Xiyabanı xalqın müqəddəs ziyarətgahına çevrildi.
Tədbirdə söz verilən terapiya şöbəsinin müdiri K.Məmmədov, baş həkimin müavini F.Vəliyeva, poliklinika şöbəsinin müdiri H.Namazova və həmkarlar şurasının sədri A.Aslanova 20 Yanvar faciəsi haqqında ətraflı çıxış etdilər.

Keçidlər