Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Muzey-Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

18 yanvar 2014 | 11:00

17 yanvar 2014-cü il tarixdə Heydər Əliyev Muzey-Mərkəzində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq Sərəncamına uyğun olaraq 20 Yanvar faciəsinin 24-cü il dönümünün Ağstafa rayonunda keçrilməsi ilə bağlı rayon İcra hakimiyyətinin başçısı tərəfindən tədbirlər planının təsdiq olunduğunu bildirdi. L.Eyyubova bununla əlaqədar rayonda bir neçə gündür ki, silsilə tədbirlərin keçrildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.  Qeyd olundu ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olan sovet qoşunlarının cinayətkar əməlləri nəticəsində 132 nəfər dinc sakin şəhid olmuş, 700-dən artıq vətəndaş isə xəsarət almışdır.
Daha sonra Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurası idarə heyətinin üzvü Təranə Abdullayeva, YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Məmmədov çıxış edərək məhs ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra 20 Yanvar  faciəsinin nəticələrinin dəqiq araşdırıldığını və bu hərbi təcavüzə cinayət kimi tam siyasi-hüquqi qiymətin verildiyini bildirdilər.

Keçidlər