Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayon Mədəniyyət işçilərinin elmi-praktiki konfransı keçirildi

19 yanvar 2014 | 11:00

Ağstafa şəhər Mədəniyyət evində 20 Yanvar şəhidlərinin əziz xatirəsi rayonun mədəniyyət işçiləri tərəfindən anılıb. Tədbir rayon Mərkəzi Kitabxana sisteminin hazırladığı 20 Yanvara həsr olunmuş kitab sdentinə tamaşa ilə başlanıb. Sonra tədbir iştirakçıları vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə geniş məruzə ilə çıxış edən Ağstafa şəhər Heydər Əliyev Muzey-Mərkəzinin baş elmi işçisi Laiq Qələndərli açaraq bu günün tarixi, xalqımızın həyatında tutduğu yeri barədə söhbət açıb. Ağstafa rayon Mərkəzi Kitabxana sisteminin məsul işçisi Göyçək Qasımova 20 Yanvar hadisələrinə bir Azərbaycan qadını kimi öz mövqeyini bildirib.
Konfransda çıxış edən digər mədəniyyət işçiləridə 20 Yanvar faciəsinin kədər və hüznlə yanaşı, xalqımız üçün qürurverici bir tarixi günün olmasını vurğulayıblar.
Tədbir məktəblilərin 20 Yanvar şəhidlərinə həsr etdikləri şeir kompozisiyası və faciənin tarixini özündə ehtiva edən filmin nümayişi ilə davam etdirilib.

Keçidlər