Ağstafa rayonunda 20 yanvar faciəsinin 24-cü ildönümü qeyd edildi
20 yanvar faciəsinin 24-cü ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, rayonun idarə, müəsissə və təşkilatlarının əmək kollektivlərinin iştrak etdiyi anım tədbirində rayonun şəhidlər xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı adından əklil qoymuş, şəhidlərin məzarı üzərinə qərənfillər düzülmüşdür.
Anım tədbirində şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilmiş, həzn müsiqi səsləndirilmişdir.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhid ailələri ilə görüşmüş və onlara dərin hüznlə baş sağlığı vermişdir.