Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı oldu

22 yanvar 2014 | 11:00

21 yanvar 2014-cü il tarixdə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılış mərasimi oldu.
Açılış mərasimində Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ictimaiyyət nümayəndələri iştirak edirdi.
İstifadəyə verilən yolun uzunluğu 59 km, torpaq yatağının eni isə     12 m təşkil edir. 2011-ci ildən yolun əsaslı tikintisinə başlanılıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Rayon mərkəzini Kürün solsahili kəndləri ilə birləşdirən bu yolun ətrafında 16 yaşayış məntəqəsi yerləşir, 20 mindən artıq əhali yaşayır. Yolun istifadəyə verilməsinin böyük iqtisadi əhəmiyyəti vardır.
Mərasimdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov qeyd etdilər ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığı ilə tikintisi başa çatdırılan bu yol ölkəmizin nəqliyyat infrastrukturunun yeniləşməsinin bir nümunəsidir. Qeyd edildi ki, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu Qazax və Ağstafa rayonlarının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.
Mərasimdə çıxış  edən rayon ictimaiyyətinin nümayəndələri göstərdiyi diqqət və qayğıya görə cənab Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdi.

Keçidlər